İsveçrə bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini bloklayıb | Banco.az

İsveçrə bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini bloklayıb

Müəllif - Aida İsaq, Banco.az

İsveçrə bankı “Credit Suisse” tərəfindən Rusiyanın 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivləri dondurulub.

Banco.az xəbər verir ki, məlumata görə, məbləğin 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə Rusiya Mərkəzi Bankının pulları da daxil olmaqla, digər ştatlarda sanksiyalara məruz qalanlara məxsusdur.

Qeyd edək ki, dekabrın birinci yarısında İsveçrə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti Rusiyanın 7,5 milyard frank və ya 7,94 milyard dollar məbləğində aktivlərinin dondurulduğunu açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram