Yaxın Şərq və Şimali Afrikada inflyasiyanın 10%-dən çox olacağı proqnozlaşdırılıb | Banco.az

Yaxın Şərq və Şimali Afrikada inflyasiyanın 10%-dən çox olacağı proqnozlaşdırılıb

Müəllif - Aida İsaq, Banco.az

Cari ildə Yaxın Şərq və Şimali Afrikanın əksər ölkələrində qiymət artımı 10%-i keçəcək. 

Banco.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva proqnozlaşdırıb. O, regionda inflyasiyanın 10%-dən çox olacağını qeyd edərək, bunun qlobal səviyyədə orta göstəricidən yüksək olduğunu bildirib. K.Georgiyeva müvafiq inflyasiyanı digər amillərlə yanaşı, milli valyutaların dəyər itirməsi ilə də əlaqələndirib.

BVF rəhbərinin sözlərinə görə, təmsil etdiyi qurum neftin qiymətinin stabilləşməsi fonunda inflyasiyanın tədricən azalacağını proqnozlaşdırır.

 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et