Müəllif - Aida İsaq, Banco.az
Milyarder Roman Abramoviç Braziliya futbol klubunu satın almaq niyyətində deyil.
Banco.az xəbər verir ki, yayılan məlumatlara baxmayaraq, iş adamının köməkçisi onun heç bir futbol klubu almaq planının olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl, Abramoviçin Braziliya klublarından birini satın alması barədə məlumatlar yayılmışdı. Həmin komandalar arasında “Atletico Mineiro”, “Londrina” və “Sao Paulo” komandalarının adları çəkilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!