Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək | Banco.az

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

Azərbaycanda bəzi yeni xidmətlərin tətbiqi vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda İnternet Vergi İdarəsinin elektron portalının yenilənməsi layihəsi üzərində iş aparılır: “Portalda yeni, müasir standartlara uyğun, vergi ödəyiciləri üçün daha sadə və əlçatan elektron kabinet olacaq”.

Onun sözlərinə görə, elektron kabinet üçün mobil tətbiqin yaradılması istiqamətində işlər aparılır: “Bu, vergi ödəyiciləri üçün bir sıra əməliyyatların aparılmasını, internet vergi idarəsindən istifadəni asanlaşdıracaq, vergilər, sosial sığorta və icbari tibbi sığorta üzrə öhdəliklərin vaxtında icrasını təmin edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et