"BioNTech" Türkiyə və Suriyaya 1 milyon avro yardım edib | Banco.az

"BioNTech" Türkiyə və Suriyaya 1 milyon avro yardım edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BioNTech” şirkəti də zəlzələdən zərərçəkmişlərə yardım əlini uzadıb.

Banco.az xəbər verir ki, Almaniyanın biotexnologiya şirkəti “BioNTech” Türkiyə və Suriyaya istiqamətlənən humanitar yardımlara töhfə vermək üçün 1 milyon avro ianə edib.

Bu barədə şirkətin CEO-su və həmtəsisçisi Uğur Şahin məlumat verib.

Şahin ümumilikdə 1 milyon avro məbləğində yardım etdiklərini, bunun 500 min avrosunun Almaniyanın qeyri-kommersiya təşkilatı “Aktionsbuendnis Katastrofenhilfe”yə, 500 min avronun isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Almaniyadakı tərəfdaşlarına verildiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram