Müəllif - Aida İsaq, Banco.az
Kiberhücumların kəskin şəkildə artdığı dövrdə internetdən istifadə edərkən qeydiyyatdan keçdiyiniz bütün şifrələrə diqqət yetirmək önəmlidir. Əks halda xoşagəlməz hadisələrlə qarşılaşa bilirik. Bəzi şirkətlər bunun qarşısnı almaq üçün şifrə təyin edərkən onun çətin, orta və ya asan olması ilə bağlı ekranda istifadəçi üçün bildirişlər göndərir. Bununla da, istifadəçilər parollarına yeni hərflər, işarələr və rəqəmlər əlavə edərək, şifrələrini daha da çətinləşdirə bilirlər.
Banco.az xəbər verir ki, “Microsoft” şirkəti bu funksiyanı “Edge” internet brauzerinə inteqrasiya etmək üzərində işlərə start verib.
Beləliklə, yenilik artıq istifadəçilər üçün təkcə şifrənin yazıldığı zamanlarda deyil, eyni zamanda “Microsoft” brauzerdə yadda saxlanan bütün parolların çətinlik səviyyəsini göstərməyə imkan verəcək. Hazırda sınaq versiyasında istifadə olunan funksiyanın yaxın zamanlarda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!