Müəllif - Aida İsaq, Banco.az
2030-cu ilə qədər Almaniyada 6 milyon yeni iş yeri yaradılacaq.
Banco.az xəbər verir ki, bunu Almaniya Federal Kansleri Olaf Şolz bildirib.
Onun sözlərinə görə, digər ölkələrdən cəlb olunacaq mütəxəssislərə də ehtiyac var. O.Şolz 2023-cü ilin sonuna qədər əcnəbi işçilərin cəlb edilməsi üçün immiqrasiya qanunvericiliyində yeni tədbirlər planının hazırlanacağını vurğulayıb.
Bundan başqa, kansler ölkəsinin Ukraynada münaqişənin kəskinləşməsi nəticəsində yaranan kütləvi böhranla uğurlu mübarizə apardığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!