“Netflix” şifrə paylaşımı ilə bağlı məhdudiyyət xəbərini təkzib edib | Banco.az

“Netflix” şifrə paylaşımı ilə bağlı məhdudiyyət xəbərini təkzib edib

Müəllif - Aida İsaq, Banco.az

Bir müddət əvvəl məşhur video yayım platforması olan “Netflix” öz hesab şifrələrini başqaları ilə bölüşən istifadəçilər üçün məhdudiyyətlər tətbiq edəcəyini açıqlamışdı.

Banco.az xəbər verir ki, film şəbəkəsinin istifadəçiləri arasında böyük ajotaj yaradan bu məlumatın yalnışlıqla təqdim olunduğu rəsmi formada təsdiqlənib.

Belə ki, müvafiq platforma bu qadağaların sadəcə Kosta Rika, Peru və Çili üçün tətbiqinin planlaşdırıldığını, lakin rəsmi saytda "təsadüfən" paylaşıldığını açıqlayıb. Beləliklə, hazırda yeni məhdudiyyətin yalnız Latın Amerikası ölkələri üçün keçərli olduğu və geniş əhatə dairəsində tətbiq olunmayacağı məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram