BƏƏ, Fransa və Hindistan üçtərəfli əməkdaşlığa start verəcək | Banco.az

BƏƏ, Fransa və Hindistan üçtərəfli əməkdaşlığa start verəcək

Müəllif - Aida İsaq, Banco.az

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa və Hindistan arasında üçtərəfli əməkdaşlıq ittifaqı yaradılıb.

Banco.az xəbər verir ki, BƏƏ xarici işlər naziri Abdullah bin Zayed, Fransa xarici işlər naziri Ketrin Kolonna və Hindistan xarici işlər naziri Subrahmanyam Çaişankar arasında müvafiq məsələylə bağlı telefon danışığı baş tutub.

Məlumata görə, tərəflər arasında enerji və iqlim dəyişikliyi daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq edilməsinə qərar verilib. Eyni zamanda üçtərəfli əməkdaşlıq təşəbbüsündə əsasən texnoloji yenilik, mədəniyyət və epidemioloji xəstəliklərlə mübarizə kimi istiqamətlərin üstün tutulacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram