Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan Mərkəzi Bankı faiz dərəcələrini 25 baza bəndi artırıb.
Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankının (RBI) verdiyi açıqlamaya görə, repo dərəcəsi 25 bənd artırılaraq 6,25 faizdən 6,50 faizə yüksəldilib. Analitiklər də faiz dərəcələrində 25 bəndlik artım gözləyirdilər.
Xatırladaq ki, Mərkəzi Bank təxminən iki ildir 4,00 faiz səviyyəsində saxladığı repo dərəcəsini ötən ilin may ayından etibarən artırmağa başlayıb. Bununla da, ötən 6 iclas ərzində ümumilikdə 250 baza bəndi artım reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!