Müəllif - Aida İsaq, Banco.az
Amerikalı psixoloq Donald Uinslov Fiske 1949-cu ildə "Böyük beşlik" adlı psixologiya modelini yaradıb.
Banco.az xəbər verir ki, o bu modeli ilə insan şəxsiyyətlərini 5 fərqli tipə ayırıb. Gəlin, görək həmin növlər hansılardır.
Hər kəslə mükəmməl yola gedənlər. Xüsusiyyətləri :
- Bütün insanlara qarşı böyük maraqla yanaşırlar,
- Başqalarının qayğısına qalmağı sevirlər,
- Empatiya və qayğıkeşlik hissləri güclü olur,
- Başqalarının xoşbəxtliyinə səbəbkar olmaqdan zövq alırlar,
- Yardıma ehtiyacı olanlara daim kömək edirlər.
Vicdanlı olanlar. Xüsusiyyətləri;
- Məsuliyyətində olan hər şeyə zaman ayırarlar,
- Vacib işləri tez yekunlaşdırırlar,
- Incə detallara daim fikir verirlər,
- Planlı hərəkət etməyi sevirlər
Açıqfikirli insanlar. Xüsusiyyətləri:
- Olduqca yaradıcıdırlar,
- Yeni şeyləri kəşf etmək barəsində hər zaman açıqfikirlidirlər,
- İstənilən poblemə təssüflənmək əvəzinə, həll yolunu tapmağa meyillidirlər,
- Öz xəyal dünyasında yaşamağı sevirlər.
Sosial insanlar. Xüsusiyyətləri :
- Diqqət mərkəzində olmağı sevirlər,
- Əksərən söhbətə ilk başlayan onlar olur,
- Yeni insanlarla tanış olmaqdan zövq alırlar,
- Çoxlu dostları və tanışları olur,
- Asanlıqla yeni dostlar qazanırlar,
- Cəmiyyət arasında olmaq onlara müsbət enerji verir.
Əsəbi insanlar. Xüsusiyyətləri :
- Stressə meyilli olurlar,
- Müxtəlif şeylər onları asanlıqla narahat edə bilir,
- Tez əsəbləşirlər
- Əhvalları tez-tez dəyişir
- Stresli zamanları geridə buraxmaq üçün böyük zamana ehtiyacları olur.
Bizi sosial şəbəkələrdən izləyin!!