ABŞ, Avstraliya və Yeni Zelandiya Türkiyəyə yardım göndərəcək | Banco.az

ABŞ, Avstraliya və Yeni Zelandiya Türkiyəyə yardım göndərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ, Avstraliya və Yeni Zelandiya zəlzələlərə görə Türkiyəyə humanitar yardım göndərəcəklərini açıqlayıblar.

Banco.az xəbər verir ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild verdiyi açıqlamada Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərə görə dərin kədər hissi keçirdiyini və ölkəsinin "yardım etməyə hazır olduğunu" söyləyib.

Avstraliyanın baş naziri Entoni Albanese və Yeni Zelandiyalı həmkarı Kris Hipkins Avstraliyanın paytaxtı Kanberrada təşkil edilən birgə mətbuat konfransında zəlzələ nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı verib.

Bölgədə baş verən zəlzələnin dağıdıcı təsir göstərdiyini dilə gətirən Albanese Avstraliya hökumətinin zəlzələdən zərər çəkənlərə Avstraliya Qırmızı Xaç Cəmiyyəti vasitəsilə ilkin mərhələdə 10 milyon Avstraliya dolları dəyərində humanitar yardım göndərəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Hipkins isə Yeni Zelandiyanın 1,5 milyon Yeni Zelandiya dolları dəyərində humanitar yardım edəcəyini vurğulayaraq daha ətraflı məlumatı ölkənin xarici işlər nazirinin verəcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et