Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50% artaraq 2,5 milyard təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Ticarət-Sənaye Palatası məlumat yayıb.
Rəsmi qurumun vitse-prezidenti Vladimir Padalko Rusiya sahibkarlarının Gürcüstan bazarına daxil olmaq səylərini stimullaşdıracaq Rusiya-Gürcüstan biznes şurasının yaradıldığını bildirib. Onun sözlərinə görə, bu, hər iki ölkənin tərəfdaşları arasında əlaqələri möhkəmləndirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!