Müəllif: Aida İsaq, Banco.az
Yanvar ayında Rusiya-Çin sərhədində yükdaşımaların həcmi rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, ilin əvvəlində Rusiya-Çin sərhədindən yük daşınması baxımından rekord göstərici əldə olunub. Çin xarici işlər nazirinin müavini Ma Çjaoxunun Rusiyaya səfərindən və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra ölkələr arasında qarşılıqlı siyasi etimad artmaqda davam edir. Bildirilir ki, Çin Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini stimullaşdırmaq üçün zəruri addımları atmağa hazırdır. Eyni zamanda Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda Rusiya Xarici İşlər Nazirliyi Rusiyadan Çinə turist axınının bərpa olunacağına ümid etdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!