Bu şirkət satışların azalmasına görə 7 minə yaxın işçini ixtisar edəcək | Banco.az

Bu şirkət satışların azalmasına görə 7 minə yaxın işçini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Dell” kompüter satışlarının azalması səbəbindən 6650-ə yaxın işçini ixtisar edəcək.

Banco.az xəbər verir ki, fərdi kompüterlərə tələbatın azalması problemi ilə üzləşən ABŞ-ın “Dell Technologies Inc.” şirkəti təxminən 6650 əməkdaşı ilə yollarını ayıracaq.

Şirkətin Baş Əməliyyat Direktoru Cef Klark qeyd edib ki, “Dell” hazırda qeyri-müəyyən gələcək mühitində eroziyaya uğrayan bazar şərtləri ilə mübarizə aparır. Bu səbəbdən də, bəzi əməkdaşlarını ixtisar etməli olan texnologiya şirkətinin bu qərarı qlobal işçi qüvvəsinin təxminən 5%-ni əhatə edir.

Qeyd edək ki, “Dell Technologies Inc.” son dövrlərdə işçi qüvvəsini ixtisar etməyə qərar verən texnologiya şirkətlərindən hələ ki, sonuncusudur. Belə ki, “Challenger, Gray & Christmas Inc” konsaltinq firmasının məlumatına görə, texnologiya sektoru 2022-ci ildə əvvəlki illə müqayisədə 649% çox olmaqla ümumilikdə 97,171 ixtisara imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et