"Neftin qiyməti yenidən 100 dollardan bahalaşa bilər" | Banco.az

"Neftin qiyməti yenidən 100 dollardan bahalaşa bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” neftin qiymətinin yenidən 100 dolları keçə biləcəyini söyləyib.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Goldman Sachs”a görə, neftin qiyməti bu il yenidən 100 dollardan yuxarı qalxacaq və ehtiyat istehsal gücü tükəndiyi üçün qobal neft bazarları 2024-cü ildə ciddi tədarük çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə bankın Əmtəə Tədqiqatları Departamentinin rəhbəri, analitik Cef Körri Səudiyyə Ərəbistanında keçirilən konfransdakı çıxışı zamanı qeyd edib.

O bildirib ki, sənayenin tələbatını ödəmək üçün lazım olan istehsala sərmayə qoyuluşunun olmaması daha yüksək qiymətlərə səbəb olacaq və bu çatışmazlığın 2024-cü ilə qədər böyük problemə çevrilmə ehtimalı istisna edilmir.

Xatırladaq ki, ötən bir neçə il ərzində dünya bazarlarında neftin qiyməti yüksək volatilliklə yadda qalıb. Belə ki, pandemiya dövründə 20 dollara qədər ucuzlaşan neft Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaranan tədarük çatışmazlığı səbəbindən yenidən bahalaşmış və 130 dollar səviyyəsinə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda ABŞ xam nefti 73 dollar, Brent markalı neft isə 80 dollar səviyyəsində ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et