Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər ötən 9 ayın ən aşağı səviyyəsinə geriləyib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı məlumatı açıqlayıb.
Buna görə, ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 28 yanvar tarixində başa çatan həftədə əvvəlki həftəyə görə 3 min nəfər azalaraq 183 minə geriləyib. Bazar gözləntilərinin əksinə azalaraq 2022-ci ilin aprelindən bu yana ən aşağı səviyyəyə enən işsizlik müavinətlərinin bu dövrdə 195 min səviyyəsində reallaşması gözlənilirdi.
Digər tərəfdən, davam edən işsizlik müavinəti üzrə müraciətlər isə 11 min nəfər azalaraq 1 milyon 655 min olub.
Bizi sosial şəbəkələrdən izləyin!!