Bu ölkədə influenserlərin gəlirləri azalmağa başladı | Banco.az

Bu ölkədə influenserlərin gəlirləri azalmağa başladı

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada ilk dəfə olaraq reklam gəlirləri ilin sonunda azalmağa başlayıb.

Banco.az xəbər verir ki, 2022-ci ildə beş faiz azalma qeydə alınıb. Məlumata görə, bloqerlər və məşhurlar Qərb reklamçılarının bir qismini itiriblər. “Instagram”ın fəaliyyətinə qoyulan qadağa isə vəziyyəti daha da çətinləşdirib. Bu sosial şəbəkədə gəlirlərin payı 67 faizdən 30 faizə düşüb. Eyni zamanda, “Telegram” ümumi ödəniş payını 18 faizdən 49 faizə qədər artıraraq liderliyi ələ keçirib. 

Ekspertlər ölkədə “Meta”nın ekstremist kimi tanınması, “Instagram”ın bloklanması, eləcə də “TitTok”un bazarı tərk etməsi reklam gəlirlərinin kəskin azalmasına səbəb olduğunu qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram