ABŞ-da özəl sektorda işləyənlərin sayı çox az artım göstərib | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı çox az artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor məşğulluğu yanvar ayında 106 min artımla 2 ilin ən yavaş artım tempinə imza atıb.

Banco.az xəbər verir ki, ABŞ-da özəl sektorda işləyənləri sayında 2021-ci ilin yanvarından bəri ən yavaş artım qeydə alınıb.

Proqnozlar ölkənin özəl sektorunda işləyənlərin 108 min nəfər artacağına işarə edirdi.

ADP-nin baş iqtisadçısı Nela Riçardson ABŞ-da yanvar ayında müşahidə edilən ekstremal hava şəraitinin məşğulluq ölçmələrində istinad edilən həftəyə təsadüf etdiyini və bunun təsirlərinin müşahidə olunduğunu söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram