Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünü artırıb | Banco.az

Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünü artırıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya 2022-ci ildə Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü bir il əvvəlki ilə nəzərən 20% artırıb. 

Banco.az xəbər verir ki, Rusiyanın LNG ixracının ümumi həcmi 2022-ci ildə 8,6% artaraq 33 milyon tona çatıb. Ümumilikdə Rusiya Avropa ölkələrinə 17 milyon ton yanacaq göndərib. Müvafiq ixrac Rusiyanın Avropaya boru kəməri ilə qaz tədarükünün kəskin azalmasını qismən kompensasiya edib. Ekspertlər bu azalmanı isə Avropa İttifaqının yanacaq sərfiyyatının azalması və “Şimal axını” boru kəmərinin zədələnməsinə səbəb olan partlayışlarla əlaqələndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et