Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqında iqtisadi proqnozlar mülayimləşməyə doğru gedəcək.
Banco.az xəbər verir ki, bu barədə iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni bildirib. O, regionda tənəzzülün olmayacağını və vəziyyətin iqtisadi artıma doğru istiqamət alacağını qeyd edib. Onun sözlərinə görə, Aİ-də “resessiya və staqflyasiyanın qaçılmaz olması” ssenarisinin reallaşması gözlənilmir. Eyni zamanda qitədə digər müxtəlif problemlərin qeydə alınacağını vurğulayıb.
Ümumilikdə ekspertlərin məlumatına görə, mülayim keçən hava şəraiti sayəsində region iqtisadi gərginliklərdən nisbətən yan qaça bilib.
Bizi sosial şəbəkələrdən izləyin!!