Aİ ölkələri Ukraynadan tədarükləri dayandırmağı tələb edir | Banco.az

Aİ ölkələri Ukraynadan tədarükləri dayandırmağı tələb edir

Müəllif - Aida İsaq, Banco.az

Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının kəskin artması Aİ ölkələrinin fermerləri üçün problemlər yaradır. 

Banco.az xəbər verir ki, bu barədə Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya və Slovakiya nümayəndələrinin birgə hesabatında bildirilir. Məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında bu Avropa ölkələrinə Ukrayna qarğıdalısının idxalı bir neçə min tondan bir neçə milyon tona qədər artıb. Belə ki, 2021-ci ilin noyabrında Polşaya 6 min ton səviyyəsində olan idxal, 2022-ci ilin eyni dövründə 1637,6 min ton təşkil edib. 

Adı çəkilən ölkələrin nümayəndələri mövcud vəziyyətdən tezliklə həll yolunun tapılmasını tələb edir. Onlar artıq avropalı fermerlərin Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində xeyli əziyyət çəkdiyini qeyd ediblər. Eyni zamanda gübrələrin, yanacağın və enerjinin bahalaşmasını da unutmaq olmaz. Ölkə rəsmiləri tərəfindən fermerlərə kompensasiyaların ayrılması, Aİ ölkələrinin ümumi kənd təsərrüfatı siyasətinə yenidən baxılması, həmçinin yerli fermerlərin zərər uğramaması üçün Ukraynadan tədarüklərin dayandırılması təklif olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram