Çində rekord məbləğdə büdcə kəsiri qeydə alınıb | Banco.az

Çində rekord məbləğdə büdcə kəsiri qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Türkiyə banklarının mənfəəti 366 faiz artıb, gəlirlilik inflyasiyadan aşağı qalıb.

Banco.az xəbər verir ki, Çin 2022-ci ildə 8,96 trilyon yuan (1,33 trilyon ABŞ dolları) səviyyəsində rekord büdcə kəsiri ilə üzləşib ki, bu da 2021-ci ilə nisbətən 51 faiz daha çox göstəricidir.

Bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb.

2022-ci ildəki bu büdcə kəsiri hətta pandemiya ili olan 2020-ci ilin büdcə kəsirini belə 3 faiz üstələyib.

Qeyd edək ki, pandemiya tədbirləri və daşınmaz əmlak sektorunda baş verən hadisələrin təsirindən büdcə gəlirlərinin azalması sözügedən kəsirdə mühüm rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram