Müəllif: Tamara Mustafayeva, Banco.az
Britaniyada istehsal olunan avtomobillərin sayı ötən il 9,8 faiz azalaraq 1956-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, bu barədə Britaniya Mühərrikli Vasitə İstehsalçıları Dərnəyinin (SMMT) açıqlamasında qeyd olunub.
Açıqlamada ötən il avtomobil sənayesinə zərbə vuran qlobal çip böhranı səbəbiylə ölkədə avtomobil istehsalının 1956-cı ildən bəri ən zəif dinamika göstərdiyi bildirilib. Belə ki, 2022-ci ildə Britaniyada illik müqayisədə 9,8 faiz daha az, yəni 775 min 14 ədəd avtomobil istehsal olunub.
Açıqlamada həmçinin o da qeyd olunub ki, 2001-ci ildə 1,3 milyon səviyyəsində olan ölkədə illik avtomobil istehsalı 2016-cı ildə Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı keçirilən referendumdan bəri müntəzəm olaraq azalmaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!