Azərbaycanda 19 sığorta agentinin lisenziyası ləğv edilib | Banco.az

Azərbaycanda 19 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Məlumata görə, bununla bağlı qərar yanvarın 25-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalardan 15-i könüllü müraciət əsasında, 4-ü isə lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığına görə ləğv olunub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram