Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə “Mastercard”ın Rusiyada fəaliyyətini dayandırması şirkət üçün 30 milyon dollar zərərə başa gəlib.
Banco.az xəbər verir ki, sözügedən beynəlxalq ödəniş sisteminin Rusiyada ümumilikdə 67 milyon dollar itirdiyi bildirilir.
Qeydə alınan itkilər əlavə işçi xərcləri ilə bağlı olub. Bununla yanaşı, şirkət Rusiya müştərilərinə ödənişlərin aşağı salınmasından 37 milyon dollarlıq mənfəəti də nəzərə alıb. Beləliklə, “Mastercard”ın vergidən əlavə ümumi zərərinin 30 milyon dollar olması məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!