“Toyota” şirkətinin CEO-su istefa verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Toyota” şirkətinin CEO-su istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” şirkətinin baş direktoru Akio Toyoda istefa verib.

Banco.az xəbər verir ki, “Toyota Motor Corp.”un prezident və baş icraçı direktor (CEO) olan Akio Toyodanın istefa verəcəyi açıqlanıb.

Bu barədə yapon avtomobil istehsalçısı şirkət bəyanat yayıb.

Yeni maliyyə ilinin başlandığı aprelin 1-dən etibarən “Toyota”nın baş brend meneceri, 53 yaşlı Koji Sato şirkətin prezidenti və baş direktoru vəzifəsinə təyin ediləcək.

Xatırladaq ki, “Toyota” markasının yaradıcısı Kiiçiro Toyodanın (1894-1952) nəvəsi 66 yaşlı Akio Toyoda 2009-cu ilin iyununda baş direktor vəzifəsinə təyin edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram