Avropada təbii qazın qiyməti 5 ayda əsaslı dərəcədə ucuzlaşıb | Banco.az

Avropada təbii qazın qiyməti 5 ayda əsaslı dərəcədə ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti ötən 5 ayda 83 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, Avropada təbii qazın qiyməti ötən 5 ayda qışın mülayim keçməsi və anbarlarda doluluq nisbətinin yüksək olması səbəbindən 83 faiz geriləyib.

Hollandiyada yerləşən virtual təbii qaz ticarət birjası “TTF”də satılan təbii qazın meqavat/saat qiyməti 2023-cü ilin fevral ayı fyuçersləri üzrə 58,4 avroya düşüb.

Xatırladaq ki, pandemiya zamanı tələb-təklif balanssızlığı səbəbindən ortaya çıxan və Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra dərinləşən enerji böhranı Avropada təbii qaz qiymətlərini rekord həddə çatdırmışdı. Belə ki, 2021-ci ilin avqustunda meqavat/saat üzrə 25 avro olan təbii qaz fyuçerslərinin qiyməti 2022-ci ilin avqustunda 342,8 avroya satılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et