Almaniya iqtisadiyyatın artım proqnozunu yuxarı çəkib | Banco.az

Almaniya iqtisadiyyatın artım proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya hökuməti ölkə iqtisadiyyatının artım proqnozunu yuxarı istiqamətli nəzərdən keçirib.

Banco.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin 2023-cü il üzrə “İllik İqtisadi Hesabat”ını dərc edib.

Buna görə, 2022-ci ilin oktyabr ayında 0,4 faiz daralma olaraq açıqlanan bu il üçün proqnoz 0,2 faiz artıma qədər yenidən nəzərdən keçirilib.

Hesabatda Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habekin aşağıdakı qiymətləndirmələrinə də yer verilib:

“Bir çox müşahidəçinin uzun müddətdir ki, qaçılmaz hesab etdiyi tənəzzüllə bağlı heç bir əlamət yoxdur”

Ən sərfəli kredit üçün müraciət et

Almaniya iqtisadiyyatının bütövlükdə dayanıqlılığını sübut etdiyini bildirən Habek Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranının artıq idarə oluna biləcəyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et