Qlobal smartfon tədarükü kəskin azalıb | Banco.az

Qlobal smartfon tədarükü kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstehlakçı tələbatının azalması ilə qlobal telefon tədarükü 18,3 faiz aşağı düşüb.

Banco.az xəbər verir ki, qlobal smartfon satışları ən pis rüblük göstəricilərlə rekorda imza atıb ki, bu da Cənubi Koreya və Vyetnam kimi istehsal mərkəzləri üçün istehlakçı tələbinin səngiməsinin bariz əlamətidir.

Massaçusetsdə yerləşən “IDC” araşdırma mərkəzi cümə axşamı bildirib ki, dekabrda başa çatan rübdə tədarüklər illik müqayisədə 18,3 faiz azalaraq 300 milyon ədəddən bir qədər çox olub. Tədqiqatçıların sözlərinə görə, il ərzində tədarük həcmi 11,3 faiz azalıb ki, bu da son on ildə ən aşağı göstəricidir.

İnflyasiya və iqtisadi qeyri-müəyyənliklərlə yanaşı, Çindəki Kovid məhdudiyyətləri də “Apple”ın “iPhone” satışları da daxil olmaqla  sektora zərər vuran başlıca amillər kimi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram