"Tesla" sonuncu rübdə rekord gəlir əldə edib | Banco.az

"Tesla" sonuncu rübdə rekord gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Elektromobil istehsalçısı “Tesla” ötən ilin sonuncu rübündə rekord məbləğdə gəlir əldə edib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2022-ci ilin oktyabr-dekabr ayları üzrə balans hesabatını açıqlayıb.

Bu hesabata görə, şirkətin gəliri ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq 24,3 milyard dollara çatıb. “Tesla” 2021-ci ilin dördüncü rübündə 17,7 milyard dollar gəlir əldə etmişdi.

Sözügedən dövrdə rekord səviyyəyə çatan “Tesla”nın gəliri 24,2 milyard dollarlıq bazar gözləntilərini də üstələyib.

Qeyd edək ki, şirkətin gəliri 2022-ci ildə ümumilikdə isə 51 faiz artaraq 81,5 milyard dollara çatıb.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti də ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq rekord səviyyəyə – 3,7 milyard dollara çatıb. “Tesla”nın xalis mənfəəti 2021-ci ilin son rübündə 2,3 milyard dollar hesablanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Tesla” 2022-ci ildə dünya üzrə 1 milyon 313 min 851 avtomobil satışı həyata keçirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et