Korporativ Bankçılıq Departamentinin Korporativ Kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Korporativ Bankçılıq Departamentinin Korporativ Kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

  • Korporativ müştərilərin ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə təhlilinin aparılması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil prosesi dövründə müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit və sənədli əməliyyatlar üzrə sifarişlərinin təhlil olunaraq Bankın səlahiyyətli orqanlarının müzakirəsinə təqdim olunması.

Namizədə tələblər: 

  • Ali təhsilli (Maliyyə, mühasibatlıq və iqtisadi sahədə);
  • Maliyyə təhlili, korporativ kreditlərin təhlili sahəsində 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilləri mükəmməl, ingilis dili biliyi orta səviyyədə olmalı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olmalı;
  • Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı.