Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Ədliyyə Nazirliyi “Google”u rəqəmsal reklam bazarını monopoliya nəzarəti altında saxladığı iddiası ilə məhkəməyə verib.
Banco.az xəbər verir ki, Virciniya ştatının Şərq Bölgəsi üzrə Federal Məhkəməsi tərəfindən qaldırılan iddia şirkətin 2008-ci ildə “DoubleClick”i satın aldığı vaxta qədər gedib çıxan keçmiş fəaliyyətlərinə əsaslanır.
Xatırladaq ki, bu məhkəmə işi ABŞ-da rəqəmsal reklam bazarının əsas oyunçusu olan və onlayn reklamların alqı-satqısı və nəşrində istifadə olunan texnologiyanın əksəriyyətinə nəzarət edən “Google”a qarşı Ədliyyə Nazirliyinin ikinci monopoliya iddiasıdır.
Qeyd edək ki, ABŞ-da rəqəmsal reklam bazarının həcmi 279 milyard dollar təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!