Dərman qiymətlərinin artımı ailə büdcəsinə zərbə vurur | Banco.az

Dərman qiymətlərinin artımı ailə büdcəsinə zərbə vurur

Dərman qiymətlərinin artımı ailə büdcəsinə güclü zərbə vurur.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.

Əli Məsimli deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bununla bağlı sanballı sənəd hazırlanıb: “Sənəddə təkliflər var. Keçən dəfə Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədən 3,20 manata olan dərmanı dünən - 23 yanvarda 39,40 manata alıblar. Düşünürəm ki, bunun qarşısını Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et