Sanksiyalar Avropa iqtisadiyyatının inkişafına mane olacaq | Banco.az

Sanksiyalar Avropa iqtisadiyyatının inkişafına mane olacaq

Müəllif - Aida İsaq, Banco.az

Fevralın 5-dən etibarən Rusiya neft məhsullarına tətbiq olunacaq yeni qiymət limiti ilə bağlı qanunun qüvvəyə minməsi cari ildə Avropa iqtisadiyyatının inkişafını məhdudlaşdıracaq. 

Banco.az xəbər verir ki, “Financial Times” qəzeti bu qənaətə gəlib. Nəşrin məlumatına görə, Avropa ölkələri gündə təxminən 5 milyon barel dizel yanacağı istehsal edir. Lakin ehtiyac həcmi təxminən 6,4 milyon barel təşkil edir. Hazırda Rusiya Avropanı təxminən 700 min barel dizel yanacağı ilə təmin edir. Müvafiq qiymət limiti ilə bağlı qanunun qüvvəyə minməsi nəticəsində bu yanacaq növünün qıtlığını aradan qaldırmaq Avropa ölkələri üçün asan olmayacaq. 

Bundan başqa, hazırda koronavirus pandemiyasının səngiməsi fonunda sərnişin reyslərinin sürətli bərpası müşahidə olunur. Bu isə bir çox neft emalı zavodlarının dizel istehsalından reaktiv yanacağa keçməsinə gətirib çıxarıb. Nəşr bu amilin də, vəziyyəti bir qədər də ağırlaşdırdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə yüksək dizel qiymətlərinin 2023-cü ildə Avropa iqtisadiyyatının inkişafına mane olacağı bildirilir. Ancaq dizel istehsalına yönəlmiş bəzi neft emalı zavodlarının bu vəziyyətdən faydalanacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et