Aİ İrana qarşı yeni sanksiyalar qəbul edib | Banco.az

Aİ İrana qarşı yeni sanksiyalar qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ 18 iranlı şəxs və 19 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə Avropa Şurası bəyanat yayıb.

Sanksiyaya məruz qalanlar arasında İranın Gənclər və idman naziri Seyid Həmid Hazaveh Seccadi, bəzi müavinlər, bəzi əyalətlərin qubernatorları, dövlət mediasının əməkdaşları və İran İnqilab Keşikçiləri Ordusunun bəzi yüksək vəzifəli şəxsləri də var.

Qeyd edək ki, son sanksiyalardan sonra Aİ-nin məhdudlaşdırıcı tədbirlər həyata keçirdiyi iranlı şəxslərin sayı 164-ə, təşkilatların sayı isə 31-ə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram