Müəllif: Tamara Mustafayeva, Banco.az
Niderlandın əksər bankları filiallarını bağlamalı olub.
Banco.az xəbər verir ki, rəqəmsal bank xidmətlərinin artması və Kovid-19 pandemiyasının insanları fiziki əməliyyatlardan uzaqlaşdırması nəticəsində Niderlandda fəaliyyət göstərən bankların bir çoxu filiallarını bağlamağa başlayıb.
Bu barədə ölkənin yerli mətbuatı xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, 2000-ci illərin əvvəllərində Niderlandda ümumilikdə 6100 bank filialı fəaliyyət göstərdiyi halda, bu rəqəm hazırda 420-yə edib ki, bu da 93 faiz azalma deməkdir.
Sözügedən xəbərdə ölkənin aparıcı banklarının fiallarının cari sayı 2020-ci ilin əvvəli ilə müqayisə edilib və nəticədə bəlli olub ki, “ING Bank”ın ölkə üzrə filiallarının sayı 170-dən 57-yə, “Rabobank”ın filiallarının sayı 335-dən 136-ya, “ABN Amro”nun filiallarının sayı isə 129-dan 27-yə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!