2022-ci il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8% təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, dövlət mülkiyyətində olan təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlər 17 %, qeyri-dövlət mülkiyyətində olan təşkilatların (ABƏŞ istisna olmaqla) əsas kapitala yönəltdiyi investisiyalar isə 6,3 % artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7% artım qeydə alınıb".
Bizi sosial şəbəkələrdən izləyin!!
