Çin iqtisadi artım proqnozunu yuxarı çəkib | Banco.az

Çin iqtisadi artım proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pandemiya tədbirlərinin yumşaldılması ilə Çin iqtisadi artım proqnozunu da yuxarı çəkib.

Banco.az xəbər verir ki, Çin pandemiya tədbirlərindən sonra yüksək artım hədəfləyir.

Məlum olduğu kimi, Çində 3 ildir davam edən “Sıfır Kovid” siyasəti bu ayın əvvəlində başa çatıb. 2020-ci ilin əvvəlindən bəri pandemiyanın təsirinə məruz qalan ölkə iqtisadiyyatının 2022-ci il üzrə artım göstəricisi 3 faiz təşkil edib.

İqtisadçılar dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin bu il artım göstəricilərinin yüksələcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, ilin əvvəlində Çində bir çox yerli hökumət nümayəndələri də 2023-cü il üçün böyümə hədəfini açıqlayıblar. Əksər regionlar üçün artım hədəfi 5-7 faiz arasında dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et