"Renault"un "Nissan"dakı səhmləri azaldılacaq | Banco.az

"Renault"un "Nissan"dakı səhmləri azaldılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Renault” brendinin “Nissan”dakı payı 15 faizə endiriləcək.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Nissan”da Fransanın “Renault” Qrupuna məxsus hazırki səhmlərin nisbəti 15 faizə endiriləcək.

Bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Qeyd edək ki, “Renault” “Nissan”da 43%, Nissan isə “Renault”da 15%-lik səhmlərə sahibdir. Məlumdur ki, “Nissan” uzun müddətdir ki, hazırkı səhm nisbəti fərqindən narahatdır. İki firma öz səhm nisbətlərini bərabərləşdirmək üçün qarşılıqlı danışıqlar aparır.

Plana əsasən, səhmlərin müvəqqəti olaraq başqa bir şirkətə veriləcəyi və mərhələli şəkildə satılacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, fransız brendin qurmağı planlaşdırdığı yeni elektrikli avtomobil (EV) şirkətində “Nissan”ın maksimum 15 faiz səhm ala biləcəyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et