Azərbaycan onlayn təhsil platforması ilə rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanları araşdırırır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində onlayn təhsil platforması “Coursera”nın baş icraçı direktoru Cef Maggionkalda ilə müasir çağırışlar şəraitində Azərbaycanda rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanların araşdırılması barədə fikir mübadiləsi aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!