“Vikipediya” 12 ildən sonra ilk dəfə dizaynını dəyişib | Banco.az

“Vikipediya” 12 ildən sonra ilk dəfə dizaynını dəyişib

Müəllif - Aida İsaq, Banco.az

“Vikipediya” son 12 ildə ilk dəfə irimiqyaslı dizayn yeniliyini həyata keçirib. 

Banco.az xəbər verir ki, yeni dizayn “Vektor 2022" adlanır. Məqalələrin məzmun cədvəli materialların daha sürətli oxunuşunu təmin etmək üçün səhifənin sol tərəfində göstərilir. Yeni funksiya həmçinin məzmunun vizuallığını geniş ekranlı monitorlar üçün daha da təkmilləşdirilmiş varianta salıb. Bundan əlavə, dizaynerlər dil dəyişdirmə düyməsini yuxarı sağ küncə köçürüblər.

Ümumilikdə “Vikipediya”nın yeni versiyasında doqquz böyük dəyişikliyin olduğu bildirilir. Qeyd olunur ki, artıq internet ensiklopediyasının 314 dil versiyasında interfeysin tam və ya qismən dəyişdirilməsi baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et