Avrozonada inflyasiya 9,2 faizə düşüb | Banco.az

Avrozonada inflyasiya 9,2 faizə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada illik inflyasiya 2022-ci ilin dekabrında 9,2 faiz səviyyəsində ölçülüb.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) 2022-ci ilin dekabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün yekun inflyasiya məlumatlarını açıqlayıb.

Buna görə, region ölkələrində noyabrda 10,1 faiz olan illik inflyasiya dekabrda 9,2 faiz olub.

Bu da onu göstərir ki, Avrozona dekabrda inflyasiya əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb.

Avrozona inflyasiyasının 2,88 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,79 faizini enerji, 1,83 faizini xidmətlər, 1,7 faizini isə qeyri-enerji sənaye məhsulları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ayrı-ayrı ölkələrə nəzər saldıqda isə görürük ki, region ölkələrindən Macarıstanda inflyasiya 25 faiz, Latviyada 20,7 faiz, Litvada 20 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et