Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşündə bildirilib.
Söhbət zamanı həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Eyni zamanda ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!