Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq Enerji Agentliyi (IEA) Çində Kovid -19 məhdudiyyətlərinin ləğv olunması fonunda qlobal neft təlabatının rekord həddə çatacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, 2023-cü il üçün qlobal neft tələbatının artım proqnozu gündəlik 200 min barel artaraq 1,9 milyon barelə yüksəldiyi halda, qlobal tələbatın pandemiyadan əvvəlki rekordu yeniləyəcəyi gözlənilir.
Təşkilat həmçinin Çinin neft tələbatı ilə bağlı proqnozunu gündəlik 100.000 barel artıraraq 15.9 milyon barelə yüksəldib. Eyni zamanda beynəlxalq səyahətlərin bərpası ilə aviasiya yanacağına tələbatın artmasının qlobal neft tələbatındakı artımın təxminən yarısını təşkil edəcəyi də vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!