Avropa turizmi pandemiyadan əvvəlki səviyyəyə qayıdır | Banco.az

Avropa turizmi pandemiyadan əvvəlki səviyyəyə qayıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada turizm Kovid-19-dan əvvəlki səviyyəyə yaxınlaşır.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) üzv ölkələrdə turist gecələmələri ilə bağlı 2022-ci il göstəricilərini dərc edib.

Buna görə, pandemiyanın ciddi şəkildə təsirinə məruz qalan Aİ ölkələrinin turizm sektoru keçən il əhəmiyyətli dərəcədə bərpa olunub.

Belə ki, pandemiyadan əvvəlki 2019-cu ildə 2 milyard 880 milyon olan turizm obyektlərində gecələmələrin sayı 2022-ci ildə 2 milyard 720 milyona çatıb. Bu da o deməkdir ki, sözügedən göstərici 2019-cu dövrlə müqayisədə cəmi 5,6 faiz aşağıdır.

Aİ ölkələrində turistlərin gecələməsi 2020-ci ildə isə 1 milyard 420 milyon, 2021-ci ildə 1 milyard 830 milyon olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa İttifaqına (Aİ) üzv 3 ölkədə turist gecələmələrinin sayı Kovid-19-dan əvvəlki səviyyələri keçib. Belə ki, ötən il pandemiyadan əvvəlki dövrlə müqayisədə Danimarkada turist gecələmələri 12,3%, Hollandiyada 3,9%, Belçikada isə 0,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et