BVF rəhbəri qlobal iqtisadiyyat üçün əsas riskləri açıqlayıb | Banco.az

BVF rəhbəri qlobal iqtisadiyyat üçün əsas riskləri açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva 2023-cü ildə qlobal iqtisadiyyatda vəziyyəti gərginləşdirən üç əsas məqama toxunub.

Banco.az xəbər verir ki, o, Rusiyanın Ukraynadakı hərbi əməliyyatını xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, iqtisadçılar 2021-ci ildə gələcək üçün nikbin nəticələr proqnozlaşdırsalar da Rusiyanın bu addımı qlobal iqtisadiyyatı zəiflədib. K.Georgiyeva müharibənin hazırda davam etməsini qeyd edərək, bunun istehlakçı və biznes inamına böyük zərbə vurduğunu bildirib.

Qeyd edək ki, fondun təmsilçisi digər amillər olaraq inflyasiyanı və yüksək faiz dərəcələrini göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et