"YouTube" artıq platformada serial və filmləri də yayımlayacaq | Banco.az

"YouTube" artıq platformada serial və filmləri də yayımlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” serial və filmlərin platformada yayımlanması üçün media şirkətləri ilə danışıqlara başlayıb.

Banco.az xəbər verir ki, “Netflix”, “Disney+” və “Amazon Prime” kimi məzmun platformalarının bazara daxil olması ilə “YouTube” prioriteti itirməsə də, sənayedəki rəqabətin təsirindən yayına bilməyib.

Bu səbəbdən yeni addım atmağa qərar verən video-yayım nəhəngi serial və filmləri platforma daxilində yayımlamaq üçün media şirkətləri ilə görüşməyə başlayıb.

Danışıqların nəticəsi müsbət olarsa, “YouTube” tərəfindən yayımlanacaq məzmunda reklamlar da olacaq. Bununla yanaşı, “YouTube” öz istifadəçilərinə serial və filmlərlə yanaşı, televiziya şoularının da daxil olduğu geniş çeşidli məzmun təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et