Rusiyanın dəniz yolu ilə neft ixracatı 9 ayın pik həddinə çatıb | Banco.az

Rusiyanın dəniz yolu ilə neft ixracatı 9 ayın pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın dəniz yolu ilə xam neft ixracı keçən həftə aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, Rusiya xam neft ixracının ümumi həcmi 13 yanvar həftəsində gündəlik 876 min barel artaraq 30 faizlə 3,8 milyon barel olub.

Baltik dənizindən daşınmalar əvvəlki həftə ilə müqayisədə gündəlik 626 min barel, Qara dənizdən isə 47 faiz artıb. Ölkənin Sakit okean limanlarından neft nəqlində də artım olub.

Qeyd edək ki, sözügedən artım ölkənin dörd həftəlik ortalamasını yüksəldib. Odur ki, 13 yanvar tarixinə qədər ümumi dəniz daşınması əvvəlki həftə ilə müqayisədə gündəlik 550 min barel artaraq 3,06 milyon hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et