"Dünya iqtisadiyyatında seqreqasiya istehsalı 7 faizə qədər azalda bilər" | Banco.az

"Dünya iqtisadiyyatında seqreqasiya istehsalı 7 faizə qədər azalda bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF: Dünya iqtisadiyyatında seqreqasiya istehsalı 7 faizə qədər azalda bilər.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatındakı seqreqasiya meyllərinin qlobal istehsalın 0,2%-dən 7%-ə qədərinə başa gələ biləcəyini bildirib.

BVF-nin “Geoiqtisadi seqreqasiya və çoxtərəfliliyin gələcəyi” adlı hesabatında dünya iqtisadiyyatının onilliklər boyu artan qlobal iqtisadi inteqrasiyadan sonra parçalanma riski ilə üzləşdiyi vurğulanıb.

Hesabatda qeyd olunub ki, Kovid-19 pandemiyası və Rusiyanın Ukraynada başlatdığı müharibə beynəlxalq əlaqələri daha da sınaqdan keçirib və qloballaşmanın faydalarına dair şübhələri artırıb.

Həmçinin vurğulanıb ki, dünya üzrə ticarət əlaqələrinin dərinləşməsi qlobal yoxsulluğun böyük ölçüdə azaldılmasına kömək edəcək. İnkişaf etmiş ölkələrdə yaşayan aşağı gəlirli istehlakçılara isə daha aşağı qiymətlərlə fayda vermək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et